Strategiya

“Strategiya” kompetensiya elementi strategiyanı anlamaq və layihə fəaliyyətindən istifadə edərək onu idarəetmə elementinə ötürmək bacarıqlarını müəyyən edir.

  • Layihəni təşkilatın missiyası və baxışları ilə əlaqələndirmək.
  • Təşkilatın strategiyasına təsir imkanlarını müəyyənləşdirmək və bu imkanlardan yararlanmaq.
  • Biznesin/təşkilatın haqlı mövcudluğunun daim təsdiq olunmasını təmin etmək.
  • Uğurun mühüm amillərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və baxılması.

İdarəçilik, strukturlar və proseslər

“İdarəçilik, strukturlar və proseslər” kompetensiya elementi layihənin anlaşılmasını və layihəyə dəstəyi təmin edən və onlarınn təşkilinə, tətbiqinə və idarə olunmasına təsir edən təşkilatın təsdiq olunmuş strukturları, sistemləri və prosesləri ilə əlaqələndirilməsini təmin edir.

  • Layihənin portfoliosunun və onların həyata keçirilməsi yollarının idarəetmə prinsipləri barəsində biliklər və onların tətbiqi
  • Layihə idarəçiliyinin prinsiplərinin və onların həyata keçirilməsi yollarının öyrənilməsi
  • Layihənin portfoliosunun və onların həyata keçirilməsi yollarının idarəetmə prinsipləri barəsində biliklər və onların tətbiqi
  • Təşkilatda layihəyə dəstək strukturları ilə qarşılıqlı əlaqə
  • Keyfiyyət sisteminin tələblərinə uyğun təşkilatın hesabat işlərinin təmin olunması və qərar qəbul etmə strukturlarına müvafiq olaraq layihənin aparılması
  • İnsan resurslarının idarə olunması funksiyaları və proseslərinə müvafiq olaraq layihənin aparılması

Uyğunluq, standartlar və qaydalar

“Uyğunluq, standartlar və qaydalar ” kompetensiya elementi dövlət, şirkət və ya sənaye sahəsində daxili və xarici məhdudiyyətləri balanslaşdırmağı və fərdi səviyyədə onun izahı yollarını təsvir edir.

  • Layihənin mövcud qanunvericiliyə müvafiqliyinin müəyyən olunması və onların həyata keçirilməsinin təmin olunması
  • Layihənin bütün sağlamlığı müdafiə, təhlükəsizlik, əməyi və ətraf mühiti müdafiə normalarına uyğunluğunun müəyyən olunması və onların icrasının təmin olunması
  • Layihənin bütün professional etika normalarına və professional standartlara uyğunluğunun müəyyən olunması və onların icrasının təmin olunması
  • Layihənin davamlı inkişaf prinsiplərinə və məqsədlərinə uyğunluğunun müəyyən olunması və onların icrasının təmin olunması
  • Hazırki layihə üçün iş standartlarının və alətlərinin qiymətləndirilməsi, istifadəsi və inkişafı

Güc və maraqlar

“Güc və maraqlar” kompetensiya elementi fərdin qeyri-formal şəxsi və qrup maraqlarını necə qəbul etdiyini və anladığını, ona qarşı münasibət siyasətini necə işlədiyini və gücdən necə istifadə etdiyini təsvir edir.

  • Əməkdaşların şəxsi ambisiyalarının və maraqlarının və onların layihəyə təsirinin qiymətləndirilməsi
  • Şəxslərin və qrupların qeyri-formal təsirinin və onların layihəyə potensial təsirinin qiymətləndirilməsi

Mədəniyyət və dəyərlər

“Mədəniyyət və dəyərlər” kompetensiya elementi layihənin həyata keçirildiyi çərçivə daxilində təşkilatın və cəmiyyətin mədəniyyətinə və dəyərlərinə təsirə fərdi yanaşmanı təsvir edir.

  • Cəmiyyətin mədəniyyətinin və dəyərlərinin və hazırki layihəyə təsirinin qiymətləndirilməsi
  • Layihənin təşkilatın formal mədəniyyətinə və korporativ dəyərlərinə müvafiq aparılması

Özünü-refleksiya və özünü idarə

“Özünü-refleksiya və özünü idarə” kompetensiya elementi öz şəxsi emosiyalarını dərketmə, düşünmə və anlama və davranış, üstünlükvermə bacarıqlarını, dəyərəri və onların layihəyə təsirini qiymətləndirmək, şəxsi məqsədləri müəyyən etmək, proqresə nəzarət etmək, habelə gündəlik işləri sistematik qaydada təşkil etmək bacarıqlarını təsvir edir.

  • Şəxsi dəyərlərin təsirinin və icra olunan iş üzrə təcrübənin aşkar olunması və anlaşılması
  • Şəxsi güclü və zəif tərəflərin qiymətləndirilməsi əsasında özünə əminliyin qurulması
  • Şəxsi məqsədlərin təşkili zamanı şəxsi motivasiyanın aşkar olunması və anlaşılması və fokuslanmanın dəstəklənməsi
  • Vəziyyətdən və şəxsi ehtiyatlardan asılı olaraq şəxsi fəaliyyətin təşkili

Şəxsi tamlıq və etibarlılıq

Layihənin faydalarına nail olmaq dedikdə nəticələrin əldə olunmasına şərait yaradan bir çox şəxsi öhdəliklərin öz üzərinə götürmək başa düşülür.

  • İstənilən qərarın və istənilən addımların qəbul olunması zamanı etik dəyərlərin anlaşılması və tətbiqi
  • Nəticələrin davamlılığına köməklik göstərilməsi
  • Şəxsi qərarlara və addımlara görə cavabdehliyin qəbul olunması
  • Addımlarda qərar qəbul edən zaman və ünsiyyət vaxtı ardıcıllığı

Şəxsi münasibət

Şəxsi münasibət, bütün cəlb olunan tərəflərə dəqiq və ardıcıl verilmiş müvafiq məlumatların mübadiləsini əhatə edir.

  • Digərlərinin aydın və strukturlu məlumatlarla təmin olunması və onun anlaşılmasının yoxlanması
  • Daha açıq kommunikasiyaya nail olmaq
  • Auditoriyanın ehtiyaclarına, vəziyyətə və rəhbərlik səviyyəsinə müvafiq olaraq kommunikasiya kanallarının və üslubun seçilməsi
  • Virtual komanda ilə effektiv qarşılıqlı münasibət

Münasibət və cəlb olunma

Şəxsi münasibət məhsuldar əməkdaşlığın, şəxsi cəlb olunmanın və digərlərinin öhdəliklərinin əsasıdır. Buraya bir-birinə münasibət, habelə bütöv münasibət şəbəkəsinin qurulması daxildir.

  • Şəxsi və professional münasibətlərin başlanması və inkişafı
  • Sosial cəmiyyətlərin qurulması və inkişafı, orada iştirakın yüngülləşdirilməsi
  • Eşitmə, anlama və dəstəkləmə yolu ilə empatiyanın nümayiş olunması
  • Digərlərinə etibarın və hörmətin nümayiş olunması və onların fikirlərinin və əndişələrinin paylaşılması

Liderlik

Liderlik, idarəçiliyin həyata keçirilməsi və fərdlərin və qrupların fəaliyyətlərinin istiqamətləndirilməsi deməkdir.

  • Proaktiv yardım və məsləhət təkliflərinin başlanması
  • İdarəçiliyin öz üzərinə götürülməsi və öhdəliklərin nümayiş olunması
  • Xüsusi əməkdaşların və komandanın işinin istiqamətləndirilməsi və yaxşılaşdırılması məqsədilə idarəçiliyin, təlimin və təcrübənin ötürülməsinin təmin olunması
  • Gücün adekvat tətbiqi və məqsədlərə nail olmaq məqsədilə digərlərinə təsiri

Komanda işi

Komanda işi ümumi məqsədə nail olmaq məqsədilə bir sıra insanların birləşdirilməsini nəzərdə tutur.

  • İştirakçıların seçilməsi və komandanın qurulması
  • Əməkdaşlığa dəstək və komanda üzvləri arasında əlaqələrin qurulması
  • Komanda və onun üzvlərinin inkişafının dəstəklənməsi, yüngülləşdirilməsi və qiymətləndirilməsi
  • Tapşırıqların və öhdəliklərin verilməsi yolu ilə komandanın gücləndirilməsi

Zidiyyətlər və böhranlar

“Zidiyyətlər və böhranlar” kompetensiya elementi baş verənləri müşahidə edərək, uyğunsuzluqları qeydə alaraq və aradan qaldıraraq ziddiyyətlərin və böhranların moderasiyası və ya həll olunmasını ehtiva edir.

  • Ziddiyyətlərin və böhranların proqnozlaşdırılması və imkan daxilində qarşısının alınması
  • Zidiyyətlərin və böhranların səbəblərinin və nəticələrinin analiz olunması və adekvat cavab tədbirlərinin seçilməsi
  • Ziddiyyətlərin və böhranların vasitəçiliyi və həlli və ya onların nəticələrinin azaldılması

Zirəklik

Zirəklik – problemin həll olunması və çağırışlara cavab zamanı prioritetlərin müəyyən olunması, analizi, müəyyənləşdirilməsi və çağırışlara cavab üçün müxtəlif təfəkkür texnikalarını və üsullarını tətbiq etmək bacarığıdır.

  • Açıq və kreativ mühitin təşviqi və dəstəklənməsi
  • Vəziyyətin analizi və strategiyanın seçilməsi zamanı konseptual təfəkkürün tətbiqi
  • Vəziyyətin, maliyyə və təşkilati məlumatların və trendlərin analizi üçün analitik texnikanın tətbiqi
  • Alternativlərin və həll yollarının axtarışı zamanı kreativ texnikanın dəstəklənməsi və tətbiqi

Danışıqlar

Danışıqlar – iki (və ya daha artıq) tərəf arasındakı prosesdir, məqsədi müsbət iş münasibətinin dəstəklənməsi zamanı ümumi razılığa və öhdəliyə nail olmaq üçün müxtəlif maraqlar, ehtiyaclar və gözləntilər arasında müvazinətin axtarılmasıdır.

  • Danışıqlara cəlb olunan bütün tərəflərin maraqlarının identifikasiyası və analizi
  • Bütün tərəflərin ehtiyaclarının təmin olunması məqsədilə potensial imkanların və alternativlərin inkişafı qiymətləndirilməsi
  • Cəlb olunan bütün tərəflər üçün məqbul olan öz məqsədlərinə müvafiq olaraq danışıqların strategiyasının müəyyənləşdirilməsi
  • Öz məqsədlərinə müvafiq olaraq digər tərəflər ilə danışıqlarda razılığın əldə olunması

Nəticələrə istiqamətlənmə

Bu kompetensiya elementi fərddən daim layihənin nəticələrinə meyllənməyi tələb edir.

  • Bütün həll yollarının və onların nisbi olaraq layihənin uğurlarına və təşkilatın məqsədlərinə təsirininin qiymətləndirilməsi
  • Nəticələrin optimallaşdırılması və uğurun əldə olunması üçün ehtiyaclar və vasitələr arasında müvazinətin axtarılması
  • Sağlam, təhlükəsiz və məhsuldar iş mühitinin qurulması və dəstəklənməsi
  • Layihəni, onun proseslərini və nəticələrini təşviq və reklam etmək bacarığı

Layihənin dizaynı

“Layihənin dizaynı” kompetensiya elementi fərd tərəfindən təşkilatın tələblərinin, arzularının və təsirinin necə müəyyənləşdirildiyini və nəzərə alındığını və uğurun əldə olunma ehtimalını ən yüksək səviyyədə təmin etmək məqsədilə onların layihənin dizaynında necə təcəssüm etdirdiyini təsvir edir.

  • Uğur meyarlarının dərk olunması, prioritizasiyası və yoxlanması
  • Digər layihələrdən əldə olunmuş təcrübələrin öyənilməsi, istifadəsi və mübadiləsi
  • Layihəyə yanaşmanı seçən zaman layihənin və onun nəticələrinin çətinliyinin müəyyənləşdirilməsi
  • Layihənin idarə olunmasına ümumi yanaşmanın seçilməsi və yoxlanması

Tələblər və tapşırıqlar

Kompetensiyanın bu elementi layihənin əsaslarını, nail olunacaq məqsədləri, əldə olunan faydaları, həll olunan tapşırıqları və layihənin səhmdarlarının həyata keçirilməli olan tələblərini təsvir edir.

  • Layihənin məqsədlərinin iyerarxiyasının müəyyənləşdirilməsi və işlənib hazırlanması
  • Səhmdarların ehtiyac və tələblərinin müəyyənləşdirilməsi və analizi

Layinənin əhatə dairəsi

“Layinənin əhatə dairəsi” kompetensiya elementi məhsulları, layihənin nəticələrini və nailiyyətlərini təsvir edir, habelə onların həyata keçirilməsi üçün mühüm fəaliyyətləri müəyyən edir.

  • Layihənin ümumi nəticələrinin müəyyənləşdirilməsi
  • Layihənin əhatə dairəsinin strukturlaşdırılması
  • Layihənin iş tapşırıqlarının müəyyənləşdirilməsi

Zaman

Zaman, layihənin bütün komponentlərinin icrasının optimallaşdırılması məqsədilə zaman etibarı ilə onların identifikasiyasını və strukturlaşdırılmasını ehtiva edir.

  • Layihənin həyata keçirilməsi üçün vacib olan fəaliyyətlərin müəyyənləşdirilməsi
  • İş qüvvəsinin və fəaliyyətin davamlılığının müəyyənləşdirilməsi
  • İş qrafiki və layihə mərhələləri barəsində qərarın qəbul edilməsi
  • İş qrafikniin qurulması və fəaliyyətlərin həyata keçirilmə qaydalarının müəyyənləşdirilməsi

Təşkilatçılıq və informasiya

Bu element, müvəqqəti təşkilatın – layihənin müəyyənləşdirilməsini, qurulmasını və idarə olunmasını, vacib vəzifələrin və öhdəliklərin müəyyənləşdirilməsini, habelə müvəqqəti təşkilat çərçivəsində effektiv məlumat mübadiləsini ehtiva edir.

  • Məlumat və sənədləşmə ilə bağlı səhmdarların ehtiyaclarının qiymətləndirilməsi və müəyyənləşdirilməsi
  • Layihə çərçivəsində strukturların, vəzifələrin və öhdəliklərin müəyyənləşdirilməsi
  • İnfrastrukturun, proseslərin və məlumat axınının təmin olunması üçün sistemin yaradılması

Keyfiyyət

Keyfiyyət bir tərəfdən proseslərin keyfiyyətini, layihənin təşkili qaydalarını təsvir edir. Digər tərəfdən isə layihənin məhsullarının və nəticələrinin idarə olunması, təsdiqi və keyfiyyətinə nəzarət qaydalarını.

  • Layihənin keyfiyyət sisteminin yaradılması, izlənməsi və idarə planının dəyişdirilməsi
  • Keyfiyyətin idarə planının tələblərinə uyğunluq baxımından əldə olunan nəticələrin və layihənin icra gedişatının yoxlanması
  • Mühüm islahedici və ya xəbərdaredici hərəkətlərin təklif olunması və müəyyən olunmuş keyfiyyət səviyyələrinin əldə olunmasının təsdiqlənməsi
  • Layihənin nəticələrinin uyğunluğunun təsdiq olunmasının planlaşdırılması və təşkili

Maliyyə

Maliyyə, həm mədaxil, həm də məxaric daxil olmaqla maliyyə ehtiyatlarının qiymətləndirilməsi, planlaşdırılması, məsrəfi və nəzarəti üçün tələb olunan bütün hərəkətləri təsvir edir.

  • Layihənin sərfiyyatının qiymətləndirilməsi
  • Layihə büdcəsinin tərtib olunması
  • Layihənin maliyyələşdirilməsinin təmin olunması
  • Layihənin hesabat sisteminin və maliyyəsinin idarə olunmasının işlənib hazırlanması, qurulması və dəstəklənməsi

Ehtiyatlar

“Ehtiyatlar” kompetensiya elementi layihənin məqsədlərinə nail olmaq üçün vacib olan ehtiyatların müəyyənləşdirilməsini, əldə olunmasını, nəzarətini və inkişafını daxil edir. Ehtiyatlar qarşıya qoyulan məqsədlərə nail olmaq üçün fəaliyyətlərin həyata keçirilməsi üçün vacib olan insanları, bilik və təcrübələri, avadanlıqları, məkanı, materialları, texniki vasitələri, alətləri digər vasitələri daxil edir.

  • Ehtiyatların strateji idarəçilik planının işlənib hazırlanması
  • Tələb olunan ehtiyatların keyfiyyətinin və kəmiyyətinin müəyyənləşdirilməsi
  • Potensial ehtiyat mənbələrinin müəyyənləşdirilməsi və onlatın ayrılmasının razılaşdırılması
  • Tələbata müvafiq olaraq ehtiyatların yerləşdirilməsi və paylaşdırılması

Təchizat

“Təchizat” kompetensiya elementi malların və/və ya xidmətlərin xarici mənbələrdən alınması prosesini müəyyələnşdirir. O, sifarişlərin planlaşdırılmasından tutmuş həyata keçirilməsinə və müqavilələrin inzibatçılığına qədər bütün prosesləri əhatə edir.

  • Təchizatın vacibliyi, variantları və prosesi barəsində razılığa nail olmaq
  • Təchizatçıların və tərəfdaşların qiymətləndirilməsində və seçilməsində iştirak
  • Layinənin məqsədlərinə müvafiq olaraq müqavilənin şərtləri barəsində razılığın əldə olunması və danışıqlarda iştirak

Planlaşdırma və nəzarət

Layihənin dizaynına əsaslanaraq, bütün elementləri balanslaşdırılmış plana salmaq və icrasına nəzarət etmək.

  • Layihənin işə salınması, onların idarəçilik planının işlənib hazırlanması və razılaşdırılması
  • Layihənin növbəti mərhələlərinə keçidə başlanması və idarə olunması
  • Plana uyğun işlərin inkişafına nəzarət və mühüm islahedici tədbirlərin görülməsi
  • Layihənin proqressi barəsində məlumatlandırma
  • Zərurətin qiymətləndirilməsi, layihədə dəyişikliklərin razılaşdırılması və həyata keçirilməsi

Risklər və ehtimallar

“Risklər və ehtimallar” kompetensiya elementinə cavab tədbirlərinin identifikasiyası, qiymətləndirilməsi və planlaşdırılması, layihənin icrası zamanı yaranan risklıərin və ehtimalların yoxlanması və həyata keçirilməsi daxildir.

  • Risklərin idarə olunması sistemlərinin işlənib hazırlanması və tətbiqi
  • Risk vəziyyətinin və ehtimalın identifikasiyası
  • Risk vəziyyətinin və ya ehtimalın mümkün nəticələrinin və başvermə ehtimalının qiymətləndirilməsi
  • Risk vəziyyəti və ya ehtimalı yaranan zaman strategiyanın seçilməsi və cavab tədbirləri planının həyata keçirilməsi

Səhmdarlar

Bu element bütün səhmdarların mövqelərinin və gözləntilərinin müəyyənləşdirilməsi, analizi, fəaliyyətə cəlb olunması və idarə olunmasını ehtiva edir.

  • Səhmdarların identifikasiyası və onların maraqlarının və təsirlərinin analizi
  • Qarşılıqlı təsir strategiyasının və səhmdarlarla kommunikasiya planının işlənib hazırlanması və dəstəklənməsi
  • Maraqların və gözləntilərin idarə olunması və zəmanətlə dəstəklənməsi məqsədilə vəzifəli şəxslərin, sponsorların və top menecerlərin prosesə cəlb olunması
  • Əməkdaşlığın qurulması və öhdəliklərin təsdiqlənməsi məqsədilə istifadəçilərin, təchizatçıların və digər səhmdarların prosesə cəlb olunması

Dəyişikliklər və transformasiya

Dəyişikliklər (keçmişə dayanaraq cari vəziyyətin yaxşılaşdırılması) və transformasiya (gələcək haqqında təsəvvürlərə əsaslanaraq təkmilləşdirmənin tətbiqi üzrə hərəkətlər) dəyişikliklərin qəbul olunması və həyata keçirilməsinə səbəb olan fərdi və təşkilati səviyyədə uğurlu dəyişikliklərin həyata keçirilməsi zamanı bütövlükdə konkret şəxslərə və təşkilatlara yardım üçün istifadə oluna biləcək proseslərin, alətlərin və texnikanın təmin olunmasına istiqamətləndirilmişdir.

  • Təşkilatın dəyişikliklərə uyğunlaşmasının qiymətləndirilməsi
  • Dəyişiklik tələblərinin və transformasiya imkanlarının müəyyənləşdirilməsi
  • Dəyişiklik və transformasiya strategiyasının işlənib hazırlanması